| Remarkın pərəstişkarı olan bir yoldaşım forumlardan birində Azərbaycandakı sol partiyaların virtual fəzada "dolaşan" siyahısını yerləşdirmişdi. Paho, onların sayı 20-yə çatır. Yoldaşım bunlardan 3-nün adını eşidib, mən 4-nün, qalanlarından isə əksəriyyəti yəqin heç siyasətçilərə və jurnalistlərə də bəlli deyil. Bu, o haldır ki, kəmiyyət keyfiyyətə keçmir. Bu ürəkaçmayan səhnənin başqa bir praktik tərəfi də var. Kimdir Solçular? Azacıq diqqət. Və məlum olur ki, "sol" kəlməsi də bu ölkədə emblemə, epataja, brendə çevrilir. Bundan isə kim udmalıdırsa, udur. Sol hərəkat adlanmaq üçün zəruri dəst olmalıdır - antikapitalizm, beynəlmiləlçilik, irqi və milli bərabərsizliyə qarşı olmaq, şəxsi mülkiyyətin ifrat hakimiyyətini qəbul etməmək, insanın insan tərəfindən istismarına etiraz. Bu, minimal mütləq şərtlərdir. Və əgər hansısa hərəkatda bu dəstdən istənilən bir şərt düşürsə, artıq Soldan danışmaq olmaz. Məsələn, Türkiyədə Dəniz Baykalın partiyası sol partiyadırmı? Yox. Çünki hakim sinfə və sistemin saxlanmasına xidmət edir, beynəlmiləlçi deyil. Yaxud Britaniyada leyboristlər - onlar da sol deyillər. Çünki monarxiya və imperialist siyasətin saxlanmasına qulluq edir, hakim zümrəyə nökərdir, kapitalizmin və istehsal vasitələrinə olan şəxsi mülkiyyətin əleyhinə deyillər. O ki qaldı Azərbaycana, sadalanan zəruri dəsti qəbul edən çoxlu insan var. Ancaq təşkilat yoxdur. Fərdlər var, hərəkat yoxdur. Solçular var, Sol - yoxdur. Budur reallıq. | |
| Remarkın pərəstişkarı olan bir yoldaşım forumlardan birində Azərbaycandakı sol partiyaların virtual fəzada "dolaşan" siyahısını yerləşdirmişdi. Paho, onların sayı 20-yə çatır. Yoldaşım bunlardan 3-nün adını eşidib, mən 4-nün, qalanlarından isə əksəriyyəti yəqin heç siyasətçilərə və jurnalistlərə də bəlli deyil. Bu, o haldır ki, kəmiyyət keyfiyyətə keçmir. Bu ürəkaçmayan səhnənin başqa bir praktik tərəfi də var. Kimdir Solçular? Azacıq diqqət. Və məlum olur ki, "sol" kəlməsi də bu ölkədə emblemə, epataja, brendə çevrilir. Bundan isə kim udmalıdırsa, udur. Sol hərəkat adlanmaq üçün zəruri dəst olmalıdır - antikapitalizm, beynəlmiləlçilik, irqi və milli bərabərsizliyə qarşı olmaq, şəxsi mülkiyyətin ifrat hakimiyyətini qəbul etməmək, insanın insan tərəfindən istismarına etiraz. Bu, minimal mütləq şərtlərdir. Və əgər hansısa hərəkatda bu dəstdən istənilən bir şərt düşürsə, artıq Soldan danışmaq olmaz. Məsələn, Türkiyədə Dəniz Baykalın partiyası sol partiyadırmı? Yox. Çünki hakim sinfə və sistemin saxlanmasına xidmət edir, beynəlmiləlçi deyil. Yaxud Britaniyada leyboristlər - onlar da sol deyillər. Çünki monarxiya və imperialist siyasətin saxlanmasına qulluq edir, hakim zümrəyə nökərdir, kapitalizmin və istehsal vasitələrinə olan şəxsi mülkiyyətin əleyhinə deyillər. O ki qaldı Azərbaycana, sadalanan zəruri dəsti qəbul edən çoxlu insan var. Ancaq təşkilat yoxdur. Fərdlər var, hərəkat yoxdur. Solçular var, Sol - yoxdur. Budur reallıq. Sadəcə, ölkədə elə bir patoloji situasiyadır ki, istənilən xırda yığnağı "partiya" və "hərəkat" adlandırmaq dəbdədir. Hərəkat isə kütləvi xarakter daşımalıdır, az ya çox dərəcədə strukturlara malik olmalıdır. Konkret məqsədi, yazılı, yaxud şifahi proqramı olmalıdır. Varmı bizdə? Sual ritorikdir. Əlbət, səbəbləri başqa tərəflərdə də axtarmaq olar. Dövrün unikallığı ondadır ki, indiyədək inkişaf etmiş ölkənin "üçüncü dünya dövlətinə" çevrildilməsi təcrübəsi yox idi. Sovet quruluşundan kapitalizmin periferiyasına keçidin praktikası öyrənilməyib. Bu, xam torpaqdır, nəzəriyyəçilər üçün meydandır. O öyrənilib analiz ediləndən sonra bütün bu partiya və hərəkatlarla bağlı xaos da öz yerini sistemə verəcək. Analiz üçünsə ilk növbədə işləyən başlar, nəzəriyyəçi və ideoloqlar lazımdır. Qərb sosialistlərinin 40-50 il əvvəl yazdıqlarını oxuyub təkrarlamaq burada yersiz və ziyanlıdır. O vaxtdan hər şey dəyişib. Təkcə o vaxtdanmı? Elə Marks təlimində çox şey dəyişib. Subkomandante Markos hazırda proletariatın hegemonluğu müddəasını təftiş edir. İrəliyə kəndli hərəkatları çıxır. Leyboristlərin Britaniyasında proletariat günü-gündən azalır. Qalır ümumi termin - muzdlu işçi. O isə fəhlə də ola bilər, kəndli də, ziyalı da, musiqiçi də, kompüter proqramçısı da… Üstəlik, solçu olmaq mütləq marksist olmaq deyil. Bakunin marksistdimi? Xeyr. Bu iki şəxsiyyəti "soyuq münasibətlər" bağlayırdı. Bəs Lui Blan, Ogüst Blanki? Əlbəttə, xeyr. Solçuluğun zəruri dəstində "Kapital"ın adı yoxdur. Bütün inqilabi hərəkatlar eyni mərhələləri keçib. Dərnəyə qədər, dərnək, dərnəklərin birləşməsi və nəhayət, təşkilat mərhələləri. İndi bizdə dərnəyə qədərki mərhələdir. Üç-üç, beş-beş haralardasa kimlərsə fikir mübadiləsi edirlər, vəssalam. Bu mərhələdə isə ilk analitiklər və nəzəriyyəçilər üzə çıxır, nəzəriyyənin özülünü qoyur, onu spesifik şəraitə uyğunlaşdırır, müasirləşdirir və yeni inqilabi nəzəriyyənin elementlərini formalaşdırır. Bu, əslində bütün təşkilatların (sağ, sol ya millətçiliyindən asılı olmayaraq) keçməli olduğu birinci mərhələdir. Bizdə isə özünü 15-20 ilin partiyası elan edənlər belə, bu nəzəri sütunları qurmayıb. Permanent məğlubiyyətlərinin də kökü bundadır. Sonra ilkin nəticələr dərnəklərdə istifadə olunur. Dərnəklər nəzəri təcrübənin mənimsənilməsi yolu ilə yaranır, gələcək inqilabi təşkilatın minimal bazasını formalaşdırır. Sonra qovuşma və təşkilat mərhələləri. Dərnəyə qədərki fəaliyyət - qeyri-siyasi fəaliyyətdir. Dərnək fəaliyyəti isə artıq siyasidir, çünki bununla gələcək siyasi təşkilatın protosrtukturu yaranmış olur. Azərbaycan Solu dərnəyə qədərki mərhələdə olduğunu dərk etmədən özünü partiya və təşkilatlarda hiss edir. Bu, peşmançılıq gətirən illüziyadır. Onu müşayiət edən reallıq isə "solçular var, Sol yoxdur" kimidir… | |
polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər... Artıq bütün Avropa qüvvələri kommunizmi bir qüvvə hesab edir. Artıq indi kommunistlərin öz baxışlarını, öz məqsədlərini, öz niyyətlərini bütün dünya qarşısında açıq söyləməli olduqları və kommunizm kabusu haqqındakı əfsanələrə qarşı partiyanın öz manifestini irəli sürməli olduqları vaxt gəlib çatmışdır. BURJUALAR VƏ PROLETARLAR İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi siniflər mübarizəsi tarixi olmuşdur. Azad insanla qul, patrisi ilə plebey, mülkədarla təhkimli, usta ilə şagird, müxtəsər, zalımla məzlum arasında əbədi bir antaqonizm olmuş, onlar gah gizli, gah da açıq şəkildə daim bir-biri ilə mübarizə aparmışlar və bu mübarizə həmişə bütün cəmiyyət binasının inqilabi surətdə yenidən qurulması və ya mübarizə edən siniflərin hamısının məhv olması ilə nəticələnmişdir...Kommunist Partiyasının manifesti (1847) Kommunizmin fərqləndirici cəhəti ümumiyyətlə mülkiyyəti ləğv etmək deyil, burjua mülkiyyətini ləğv etməkdir. Avropada bir kabus dolaşmaqdadır — kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər... Artıq bütün Avropa qüvvələri kommunizmi bir qüvvə hesab edir. Artıq indi kommunistlərin öz baxışlarını, öz məqsədlərini, öz niyyətlərini bütün dünya qarşısında açıq söyləməli olduqları və kommunizm
Anarxist Kommunizm; 
